Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

Elmlər Akademiyasının Gəncə bölməsi təsis edildi


Milli Elmlər Akademiyasının Gəncə bölməsi təsis edilib. Prezident İlham Əliyev dekabrın 19-da imzaladığı sərəncamda Gəncə bölməsinin yaradılmasının şəhərdə elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaq məqsədi güddüyünü vurğulayıb.

AzərTAc xəbər verir ki, dövlət başçısı Nazirlər Kabinetinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bölmənin tərkibinə daxil edilmək məqsədi ilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılmasını təmin etməyi tapşırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG