Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:21

Rusiyada “Magnitski aktı”na cavab olaraq kəskin düzəlişlər qəbul edilib


Rusiyanın Dövlət Duması “Magnitski aktı”na cavab olaraq qanun layihəsinə kəskin düzəlişləri 2-ci oxunuşda qəbul edib.

Bu düzəlişlər rusiyalı uşaqların Amerikada övladlığa götürülməsini və bu işlə məşğul olan təşkilatların fəaliyyətini qadağan edir.

Bundan başqa ABŞ və digər ölkələrdə rusiyalıların hüquqlarının pozulmasına görə cavabdeh olan məmurların ölkəyə girişi qadağan edilir.

Deputatlar həmçinin amerikalılardan pul alan siyasi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutan düzəlişi qəbul edib.
XS
SM
MD
LG