Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:44

Bakı bərk məişət tullantılarının yandırılması zavodu açıldı


Dekabrın 19-da Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılış mərasimi olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı zavodun fəaliyyəti, tullantıların yandırılması prosesi və idarəetmə sistemi ilə tanış olub.

İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, bərk məişət tullantılarının yandırılması zavodu Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Zavodun layihələndirilməsi, tikintisi Fransanın «Cnim» şirkəti tərəfindən həyata keçirilib. Müəssisənin təməli 2009-cu il noyabrın 3-də prezident İlham Əliyev tərəfindən qoyulub.

Zavodun illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edən zavod iki xətdən və elektrik enerjisi istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması prosesi nəticəsində alternativ enerji kimi əldə ediləcək elektrik enerjisinin miqdarı ildə 231,5 milyon kilovat/saat olacaq. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət ediləcək. Əldə edilən elektrik enerjisi 100 min evin enerji ilə təmin olunmasına imkan yaradacaq.
XS
SM
MD
LG