Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

«Avropa təşkilatlarının Azərbaycana qərəzli münasibəti başadüşülən deyil»


Allahşükür Paşazadə
Allahşükür Paşazadə
-

«Avropa ölkələrində terror və ekstremizm tüğyan etdiyi halda bəzi Avropa təşkilatlarının ölkəmiz haqqında qeyri-obyektiv rəy formalaşdırmaq istəyi heç bir məntiqə sığmır».

Bu fikirləri dekabrın 19-da Bakıda keçirilən «Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi» I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.

«Azərbaycanın ərazisinin 20 faizi işğal edilib, bir milyon qaçqın və məcburi köçkünümüz var. Buna baxmayaraq, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışırıq. Xocalı soyqırımına laqeyd qalan «Freedom House» və digər Avropa təşkilatlarının Azərbaycana qərəzli münasibəti başadüşülən deyil».

TOLERANTLIĞA NÜMUNƏ

QMİ sədri Bakıda xristianlar və sayı o qədər də çox olmayan katolik icması üçün kilsənin tikilməsini, bundan ötrü erməni katolikosunun Bakıya gəlməsini tolerantlığa ən bariz nümunə adlandırıb.

«Bir çox ölkə Azərbaycandakı dini dözümlülükdən nümunə götürməlidir», deyə Paşazadə bildirib.

Elşad İskəndərov
Elşad İskəndərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycanın heç vaxt Ermənistanın təcavüzünü dini müstəviyə keçirmədiyini deyib.

Onun sözlərinə görə, tarix boyu din və dövlət münasibətləri mürəkkəb olub: «Dövlət və din arasında bəzən yaxın müttəfiq, bəzən fərqli münasibətlər olub. Bu sahədə hələ də ideal model axtarışı davam edir. Dövlət və din münasibətlərinin optimal modelini axtarıb tapmaq lazımdır».

Komitə sədri belə bir forumun keçirilməsi üçün Azərbaycanı ideal məkan adlandırıb.

Forum dekabrın 21-dək davam edəcək. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Ermənistan,Küveyt, İran, Misir, Dağıstan və digər ölkələrin nümayəndələri iştirak edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG