Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:06

Bakıda GUAM Parlament Assambleyasının iclası keçirilir


Dekabrın 19-da Bakıda, Azərbaycan Milli Məclisinin binasında GUAM Parlament Assambleyasının (PA) 5-ci iclası işə başlayıb.

APA-nın məlumatına görə, iclasa GUAM PA-nın sədri, Azərbaycan parlamentinin deputatı Elton Məmmədov sədrlik edir.

E. Məmmədov açılış nitqində bildirib ki, bu iclasın Bakıda keçirilməsi təşkilatın gələcək fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynayacaq. Onun sözlərinə görə, sön dövrlər təşkilatın beynəlxalq aləmdə çəkisi artıb: «Təşkilata üzv ölkələrdə Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Dnetsryanı münaqişələrinin hələ də həll olunmaması Avropanın təhlükəsizliyinə ciddi zərbə vurur və iqtisadi əməkdaşlığın genişləndirilməsinə əngəl yaradır. Yalnız beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyü çərçivəsində regionda sabitlik bərqərar ola bilər».

Toplantıda GUAM PA-nın milli nümayəndə heyətləri ilə yanaşı, GUAM-ın baş katibi Valery Chechelashvili və üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələri də iştirak edir.

GUAM PA-nın 5-ci iclasında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG