Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:09

«Azadlıq»: «Ramiz Mehdiyev Rusiyanın güdazına gedir»


Mətbuat icmalı
Mətbuat icmalı
-

MÜXALİFƏT PARTİYALARININ MALİYYƏ MƏNBƏLƏRİ ŞÜBHƏLİDİR?

«Müxalifət partiyalarının maliyyə mənbələri şübhəlidir». YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı «Yeni Azərbaycan» qəzetinə müsahibəsində belə deyib.

«Əgər bu vəsait partiya üzvlərindən toplanan üzvlük haqqı, ianələr hesabına formalaşmırsa bu zaman vəsaitin mənbəyi bəlli olmalıdır. Dəfələrlə bu məsələnin qaldırılmasına baxmayaraq bu istiqamətdə hansısa bir dəqiq, tutarlı cavab ala bilmirik. Bu onu göstərir ki, həmin partiyaların maliyyə mənbələri şübhəlidir... Ümumiyyətlə, biz bu istiqamətdə şəffaflığın tərəfdarıyıq».

TEXNİKİ BAXIŞIN QİYMƏTİ 2 DƏFƏ QALDIRILIR

«Bizim yol» «Milli Məclisdən sürücülərə yeni «sürpriz» hazırlandığını yazır. Qəzetə görə, dekabrın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsində «Dövlət rüsumu haqqında» qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

«...komitə sədri Ziyad Səmədzadə bildirib ki, layihədə nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 10 manatdan 20 manata, ...qoşqu və yarımqoşquların 5 manatdan 10 manata qaldırılması təklif olunur...».

RAMİZ MEHDİYEV KİMİN GÜDAZINA GEDİR?

«Ramiz Mehdiyev Rusiyanın güdazına gedir». Bunu «Azadlıq» qəzeti yazır. Qəzetə görə, Prezident Administrasiyası rəhbərinə qarşı hücumlar Rusiya ilə münasibətlərin gərginliyindən doğur.

«Ramiz Mehdiyev neçə il idi ki, Rusiya ilə körpü rolunu oynayırdı... o, iqtidarda Kremllə əlaqələri gücləndirmək həvəsində olan əsas fiqur kimi tanınır. Ona görə də Rusiya ilə münasibətlər kəskinləşirsə, hakimiyyət daxilindən Ramiz Mehdiyevə hücumların olması normaldır».

AŞPA DEPUTATLARA NƏ VƏD EDİR?

«Zerkalo» qəzetinə görə, «Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sessiyası bizim deputatlar üçün şirin olmaya bilər».

Qəzet bunu siyasi məhbuslar üzrə məruzəçi Christoph Strässer-in hazırladığı məruzə ilə əlaqələndirir.

Qəzetə görə, «hakimiyyət tezliklə Strässer-in siyasi məhbuslar hesabatı ilə bağlı hücumlara göstəriş verəcək».

«...KƏNDİMİZİN YAXINLIĞINDAN OD, QAZ ÇIXIR, BƏS BİZƏ NİYƏ VERMİRLƏR?»

«Yeni Müsavat» Salyanda Qarabağ əlillərinin narazılıqlarından yazır. Qəzet qeyd edir ki, Varlı kəndinin sakini, müharibə əlili Yadulla Əliyevin evi uçub dağılsa da, onun müraciətlərinə əhəmiyyət verən yoxdur. «Varlı kəndinin 4 bir tərəfindən neft-qaz keçir... amma nə olsun bunun bizə nə xeyri var... 20 milyon verib «Atletico Madrid»in köynəyində «odlar yurdu» sözü yazdırıla, bu da yaxşı. Bəs bu odlar yurdunda olan kəndimizin yaxınlığından od, qaz çıxır, bəs bizə niyə vermirlər?».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG