Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:06

Clinton Benqazi təhqiqatının nəticələrini qəbul edir


ABŞ Dövlət Katibi Hillary Clinton Benqazidə 11 sentyabr hücumu ilə bağlı Dövlət Departamentini sistematik nöqsanlarda suçlayan müstəqil təhqiqatı qəbul edib. Həmin hücumda ABŞ-ın Liviyadakı səfiri və daha üç amerikalı həlak olmuşdu. Çərşənbə axşamı yayılmış hesabatda deyilir ki, Dövlət Departamentinin xaricdəki təhlükəsizlik tədbirləri «aşırı dərəcədə qeyri-uyğun» olub.

Clinton Konqres üzvlərinə məktubunda yazır ki, hesabata cavab olaraq Dövlət Departamenti ABŞ-ın xaricdəki missiyalarını qorumaq üçün yüzlərlə əlavə qüvvə göndərəcək və təhlükə ilə üzləşə biləcək mövqeləri gücləndiriləcək.

Təhqiqat onu da üzə çıxarıb ki, Benqazidəki missiyaya yaraqlıların hücumundan qabaq bu barədə Birləşmiş Ştatlarda «xüsusi» kəşfiyyat məlumatı olmayıb.
XS
SM
MD
LG