Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03

İsrail Birləşmiş Ştatları «bərk məyus» edib


İsrailin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə yəhudi qəsəbələrinin tikmək qərarından əl çəkməməsi ABŞ Dövlət Departamentini «bərk məyus» edib. Həmin torpaqları fələstinlilər gələcək dövlətin ərazisi sayırlar.

Dövlət Departamentinin sözçüsü Victoria Nuland İsrail rəhbərlərini sülhə sadiqliklərini sual altına alan «təxribatçı hərəkət»də suçlayıb.

Məlumatlara görə, BMT Təhlükəsizlik Şurasında olan Avropa ölkələri – Fransa, Britaniya, Almaniya və Portuqaliya, eləcə də Təhlükəsizlik Şurasının digər üzvləri İsrailin tikinti planlarını pisləyən yeni bəyanatlar hazırlayırlar.

BMT Baş Assambleyası noyabrda Fələstinə müşahidəçi dövlət statusu verəndən sonra İsrail Qərb sahildə və Şərqi Qüdsdə minlərlə yaşayış evi tikəcəyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG