Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:11

Nobel Sülh Mükafatı qaçqın uşaqlara xərclənəcək


Avropa Birliyi (AB) Nobel Sülh Mükafatının pulunu 23.000 qaçqın uşağa yardım layihələrinə ayıracaq.

Avropa Komissiyası çərşənbə axşamı bildirib ki, 930.000 avro (1.2 milyon dollar) AB-nin öz vəsaiti hesabına 2 milyon avroya çatdırılacaq. Bu məbləğ İraqın şimalında 4.000 suriyalı, Kolumbiyada 5.000, Konqo və Efiopiyada 11.000, Pakistanın şimalında 3.000 qaçqın və məcburi köçkün uşağa sərf olunacaq.

Layihələri UNİCEF və UNCHR da daxil olmaqla, bəzi aparıcı beynəlxalq yardım qurumları həyata keçirəcək.

Dekabrın 10-da Osloda AB-yə Nobel Sülh Mükafatı təqdim olunub.
XS
SM
MD
LG