Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18
Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu Türkiyə ərazisində hava hücumlarından müdafiə sistemi yerləşdirilməsi ilə bağlı İran rəsmisinin təqnidlərini rədd edib.

Davutoğlu çərşənbə axşamı İran hakimiyyətini Ankaranı tənqidlərdən daşınmağa çağırıb.
O deyib ki, İran hakimiyyəti bunun əvəzində nüfuzundan istifadə edərək öz xalqına zülm edən Suriya rejiminə təsir göstərməlidir.

Söhbət Suriyadan mümkün hücumların qarşısını almaq üçün NATO-nun Türkiyə-Suriya sərhəddi boyunca “Patriot” raketləri yerləşdirməsindən gedir.

İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian bu gün belə bir addımın regional təhlükəsizliyə əngəl olduğunu bildirib.

İran silahlı qüvvələrinin komandanı , general Hasan Firouzabadi isə ötən həftə bildirib ki, bu Avropaya təhlükə olan “dünya müharibəsi” nə səbəb ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG