Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:38
-
«Əsərlərimi Azərbaycanda nümayiş etdirmək istəsələr, bundan çox məmnunluq duyaram».

Bu sözləri Azərbaycanın böyük filosofu və yazarı Əlibəy Hüseynzadənin qızı Feyzaver Alpsar İstanbuldakı sərgisinin açılışında APA-ya söyləyib.

Sərgi İstanbulun Bəyoğlu səmtindəki «Eller» antikvar əşyalar qalereyasında açılıb.

Sərgidə Feyzaver Alpsarın son illərdə qaval üzərinə işlədiyi rəsmlər nümayiş etdirilir.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türkiyənin sənət dairələri və mediası sərginin açılışına yaxından diqqət göstərib.

Feyzaver xanım Azərbaycan mətbuatının ona göstərdiyi diqqətdən xoşbəxt olduğunu da bildirib:

«Atamın Bakıda çəkib gətirdiyi tablolar mənim üçün son dərəcə qiymətlidir. Atamın qohumları və dostları ilə əlaqələrimiz heç vaxt itmədi. Sərgimin açılışında atamın çox sevdiyi qohumu Əziz Aksunun qızı var, Ağaoğlu ailəsinin beşinci nəsildən nümayəndəsi var, bu, məni hədsiz dərəcədə şad edir».

Xəbərdə vurğulanır ki, 1910-cu ildə Türkiyəyə köçən Əlibəy Hüseynzadə burada da rəsm çəkməyə davam edib.

O, 1923-cü ildə Əhməd Ağaoğlunun İstanbuldakı evində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə həyat yoldaşı Lətifə xanımın portretini çəkib.

Ə. Hüseynzadənin oğlu Səlim Turan Türkiyənin dünyada tanınan rəssamlarından olub.
Məşhur Galatasaray Liseyindən və Memar Sinan Universitetindən məzun olan Səlim Turan 1947-ci ildə Fransaya gedib, «Bibiheybət məscidi»

«Bibiheybət məscidi»

Pablo Pikasso daxil Avropanın önəmli sənətkarlarıyla yaxın əlaqələr qurub.

Səlim Turan kubizm cərəyanında əsərlər yaradan ilk türk rəssamı kimi tanınır.
1994-cü ildə Parisdə vəfat edən Səlim Turan əsərlərinin önəmli qismini İstanbul Universitetinə bağışlayıb.

Onun əsərləri İstanbul Universitetinin rektorluq binasındakı bir neçə salonda nümayiş etdirilir.

1930-cu ildə İstanbul Universitetindəki tibb professoru vəzifəsindən pensiyaya çıxan Əlibəy Hüseynzadənin iş otağı, şəxsi əşyaları və bəzi tabloları da onun otağında mühafizə edilir.

Əli bəy Hüseynzadənin Bakıda olarkən çəkdiyi «Bibiheybət məscidi» (1907) əsəri (kətan-yağlı boya) Milli İncəsənət Muzeyində qorunur.

Bu əsəri vaxtilə Hacı Zeynalabdin Tağıyev satın alaraq xaricə aparılmaqdan xilas edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG