Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Akademik Milli Dram Teatrının yeni veb-saytı təqdim olunub


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
-
Dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – azdrama.az istifadəçilərə təqdim olunub.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov verib.

Tədbirdə müxtəlif teatrların əməkdaşları, teatr mütəxəssisləri və jurnalistlər iştirak edib.

Xəbərdə deyilir ki, teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyət göstərirdi.

Amma onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni veb-saytın yaradılması zərurəti yarandı.

Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənir.

Yeni təqdimatda, yeni dizaynda istifadəçilərin ixtiyarına verilən saytın strukturu, məzmunu, və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib.

Xəbərdə vurğulanır ki, yüksək peşəkarlıqla hazırlanmış saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib.

Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yerləşdirilib.

Təqdimatda saytın bölmələri qonaqlara tanıdılıb, müxtəlif təkliflər səslənib.

Tədbirdə çıxış edən teatrın direktoru İsrafil İsrafilov vurğulayıb ki, teatrın saytı daim yenilənəcək, təkmilləşdiriləcək və meydana çıxan problemlər aradan qaldırılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG