Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:51

Nazir məktəblərdə pul şikayətini birbaşa ona göndərməyi xahiş edir


Təhsil naziri Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov
Təhsil naziri Misir Mərdanov orta məktəblərdə şagirdlərdən pul yığılması hallarından narazılıq edən valideynlərə müraciət edib.

Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, valideynlər orta məktəblərdə şagirdlərdən pul yığılması halları ilə bağlı birbaşa ona müraciət etsinlər.

«Mənim internet ünvanım daim açıqdır. Belə hadisələr barədə məlumat eşidən kimi, mən onların qarşısını dərhal alıram. Mən bir daha elan edirəm ki, məktəblərin tikintisi, təmiri də cənab Prezidentin diqqəti və qayğısı sayəsində dövlət tərəfindən ödənilir. Şagirdlərdən hər hansı vəsaitin tələb edilməsinə heç kimin haqqı yoxdur», nazir deyib.

(Amma nazir özünün e-mail ünvanını ya deməyib, ya da agentlik bunu yazmır. Təhsil Nazirliyinin internet saytı belədir: http://www.edu.gov.az Bəlkə valideynlərə lazım olsa, ora müraciət edib nazirin e-mail ünvanını ala bilərlər.)

Orta məktəblərə verilən kompüterlərin bəzi məktəb direktorları tərəfindən mənimsənilməsi hallarını araşdırmaq üçün yerlərə komissiya göndərilib. Nazir bildirib ki, bir ay ərzində aparılan araşdırmalar nəticəsində əksər məsələlər öz həllini tapıb.

«Bu barədə mənə gündəlik olaraq məlumat verilir ki, harada vəziyyət necə idi və indi necədir. Mən ümid edirəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq. Bir coxları bizim mesajımızdan sonra nəticə çıxarıb», nazir deyib.

Misir Mərdanov bu yaxınlarda keçirdiyi kollegiya iclasında bəzi məktəb direktorlarının orta məktəblərə verilən kompüterləri mənimsədiyini bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG