Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:24

Elşad Abdullayevin dediklərinə inansaq… [Video]


Hüquqşünas Aslan İsmayılov ABU-nun keçmiş rektoru Elşad Abdullayevin son müsahibəsi zamanı dediyi fikirlərə münasibətini açıqlayır


-
Aslan İsmayılov:

«Elşad Abdullayevin dediklərinə mən inanıram. Hesab edirəm ki, Ramiz Mehdiyev dərhal vəzifədən uzaqlaşdırılmalıdır. Mən hüquq-mühafizə orqanları ilə 20 ildən artıq işləyən bir şəxs kimi bilirəm ki, Ramiz Mehdiyev Prezident Aparatına rəhbərlik etdiyi gündən hüquq-mühafizə orqanlarına başçılıq edən şəxs odur. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə prezident də göstəriş versə, Ramiz Mehdiyev də göstəriş versə, onlar Ramiz Mehdiyevin göstərişini yerinə yetirəcəklər…».

«Prezidentin sadəcə siyasi iradəsi lazımdır. Mən də daxil olmaqla ölkədə bir neçə təcrübəsi olan hüquqşünaslar var. Mən dəqiq bilirəm ki, həm MTN-də, həm DİN-də, həm də Respublika Prokurorluğunda vicdanlarına xəyanət etməmiş yüksək peşəkar şəxslər var. Mən onların əksəriyyətini tanıyıram. Prezident istəyirsə ki, bu cinayətin üstü açılsın, biz qısa müddətdə qrup yaradıb Mahir Abdullayevin harada, necə olmasını, hadisələrin necə baş verməsini cəmiyyətə bildirərik...».

«Parlamentdə 125 deputat var. Onların içində vaxtilə pis keçmişi olmayan insanlar da var. Onların biri bu barədə fikir bildirirmi? Hamısı bunu bilir. Mən onların çoxunu tanıyıram. Onlar öz-özlüyündə yeyib içəndə deyirlər ki, belə şey olmaz. Amma biri cəmiyyət qarşısında bunu dilinə gətirmir. Çünki ora bir nəfər də öz hesabına düşməyib. Bunu mən sizə dəqiq deyirəm. 125 nəfərdən biri də ora razılıq olmadan düşməyib. Mən 4 dəfə namizədliyi vermişəm. Amma mənə təklif olunan şərtləri qəbul etməmişəm...».

«Bu dəqiqə ölkədə yuxarıda insanların bilmədiyi çox böyük proseslər gedir. Prezidentin gücü çatmırsa, hesab edirəm necə ki, 1994-cü ildə Heydər Əliyev birbaşa xalqa müraciət etmişdi, indi İlham Əliyev bunu etməlidir. Müraciət etmirsə, deməli, İlham Əliyev idarə etmir. Başqaları idarə edir...».

«Azərbaycanın gələcəyi ancaq və ancaq hüquqi dövlətin qurulmasından keçir. Azad, demokratik seçkilərdən keçir. Heç bir inqilab, təlatüm Azərbaycana xoşbəxtlik gətirən deyil. Bizə böyük Azərbaycan lazımdır. Bunun üçün nə etmək lazımdır? Hakimiyyətdə olanlar reallıq hissini anlamalıdırlar ki, uçurumun tam astanasındadırlar. Müxalifətdə olanlar bir-biri ilə didişmələrə son qoymalıdırlar. Ortaq məxrəcə gəlməlidirlər. Bütün bu məsələlərin üstünə bütün cəmiyyət getməlidir. Bu məsələyə münasibət bildirməyən qalmamalıdır...».
XS
SM
MD
LG