Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:59

DİN-in Metropolitendə Polis İdarəsinin rəis müavini yol qəzasında ölüb


Xətai rayonunda «Mercedes» markalı minik avtomobili ilə yük avtomobili toqquşub.

Minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb, sərnişini xəsarət alıb və xəstəxanaya aparılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi xəbər yayıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza nəticəsində vəfat edən şəxs Daxili İşlər Nazirliyinin Metropolitendə Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Mais Əhmədovdur.

3 saylı Şəhər Klinik xəstəxanasından deyiblər ki, hadisə nəticəsində xəsarət alan sərnişin qadın olub. Onun kimliyi hələlik açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG