Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

Misir Mərdanov valideynlərə müraciət edib



Təhsil naziri Misir Mərdanov orta məktəblərdə şagirdlərdən pul yığılması hallarından narazılıq edən valideynlərə müraciət edib.

Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib ki, valideynlər orta məktəblərdə şagirdlərdən pul yığılması halları ilə bağlı birbaşa ona müraciət etsinlər.

«Mənim internet ünvanım daim açıqdır. Belə hadisələr barədə məlumat eşidən kimi, mən onların qarşısını dərhal alıram. Mən bir daha elan edirəm ki, məktəblərin tikintisi, təmiri də cənab Prezidentin diqqəti və qayğısı sayəsində dövlət tərəfindən ödənilir. Şagirdlərdən hər hansı vəsaitin tələb edilməsinə heç kimin haqqı yoxdur», nazir deyib.

Orta məktəblərə verilən kompüterlərin bəzi məktəb direktorları tərəfindən mənimsənilməsi hallarını araşdırmaq üçün yerlərə komissiya göndərilib. Nazir bildirib ki, bir ay ərzində aparılan araşdırmalar nəticəsində əksər məsələlər öz həllini tapıb.

«Bu barədə mənə gündəlik olaraq məlumat verilir ki, harada vəziyyət necə idi və indi necədir. Mən ümid edirəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq. Bir coxları bizim mesajımızdan sonra nəticə çıxarıb», nazir deyib.

Misir Mərdanov bu yaxınlarda keçirdiyi kollegiya iclasında bəzi məktəb direktorlarının orta məktəblərə verilən kompüterləri mənimsədiyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG