Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:46

İstanbulda İntiqam Əliyevin məhkəməsi oldu


-
Dekabrın 17-də Türkiyənin Bakırköy İlkin İnstansiya Məhkəməsində hüquqşünas İntiqam Əliyevin məhkəməsi keçirilib. O, Türkiyə Cinayət Məcəlləsinin hədə-qorxu, təhqir və dövlət məmurunun öz vəzifəsini icra etməsinə mane olma maddələri ilə ittiham olunur.

İ.Əliyev İstanbuldan AzadlıqRadiosuna bildirib ki, məhkəmədə onun hüquqlarını Türkiyənin 5 tanınmış vəkili müdafiə edir. Şikayətçi tərəfdən məhkəmədə gömrük polisinin əməkdaşı Hüseyin Kunt iştirak edib. Onun ifadəsi dinlənib.

Sonra vəkillər İ.Əliyevə qarşı zorakılıq etdiyi bildirilən polis əməkdaşları – Aladdin SarıkayaSelahattin Erkaraca-nın məhkəmə prosesinə gəlməsi üçün vəsatət qaldırıblar. Vəsatət təmin edilib.

İ.Əliyev prosesdə çıxış edib. O deyib:

«Polisin zorakılıq etməsi yaxşı hal deyil. Buna baxmayaraq, bütün dünyada polis zorakılığı olur. Amma qorxulu olan zorakılıq edən polislərin dövlət, onun məhkəməsi, prokurorluğu səviyyəsində himayə edilməsidir. Bu, çox təhlükəlidir».

Proses 2013-cü il aprelin 3-nə qədər təxirə salınıb.

İ.Əliyev 2011-ci il dekabrın 6-da Litvadan qayıdanda, Atatürk Hava Limanında pasport nəzarətini həyata keçirən polislə mübahisəsi olmuşdu.

Hüquqşünas polislərin ona fiziki-mənəvi təzyiqlər göstərdiyini bildirir. Dekabrın 8-də o, Türkiyədən deportasiya olunub.

Polislər isə İ.Əliyevin onları təhqir etdiklərini deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG