Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:37

Prokuror Nigar Yaqubluya 4 il həbs istəyir


Dekabrın 17-də Abşeron rayon Məhkəməsində dövlət ittihamçısı Müsavat partiyasının üzvü Nigar Yaqublunun 4 il azadlıqdan məhrum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsini istəyib.

Müdafiə tərəfinin N.Yaqublu haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatəti isə təmin olunmayıb.

Vəkillər məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək.

N.Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.
XS
SM
MD
LG