Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:02

«Naxçıvanda əhalinin sayı 8558 nəfər artıb»


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 22 sentyabr 2012. sayı: 180 (20.585)


M. S. ORDUBADİNİN 140 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB

Ölkə başçısı cənab İlham Əliyev görkəmli yazıçı, dramaturq, publisist və ictimai xadim «Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında» 2012-ci il 10 aprel tarixində Sərəncam imzalamışdır. Həmin sərəncamın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 17 aprel tarixli Sərəncamı ilə «Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı» təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi ilə birgə «Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisi kimi» adlı elmi konfrans keçirilmişdir.

Elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsa Həbibbəyli açaraq, Məmməd Səid Ordubadinin ömür yolundan, bədii yaradıcılığından və çoxşaxəli fəaliyyətindən, habelə ədəbiyyat tariximizdəki əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycan tarixi roman məktəbinin banisi kimi tanınan görkəmli dramaturqun çoxşaxəli yaradıcılığında yaşadığı dövrün ən vacib məsələləri dolğunluğu ilə öz əksini tapmışdır.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL – İQTİSADİ İNKİŞAFI

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin yanvar – avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 253 milyon manatdan artıq həcmdə Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur. Hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2011-ci ilin yanvar – avqust ayları ilə müqayisədə 13 faiz artaraq 2973,6 manata çatmışdır....

...Cari ilin yanvar – avqust aylarında muxtar respublikada əhalinin gəlirləri 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz artaraq 1 milyard manatı ötmüş, onun hər bir nəfərə düşən həcmi isə, 2,6 faiz yüksələrək 2375,5 manat təşkil etmişdir.

2012-ci ilin yanvar – avqust aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 360,4 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artmışdır.

1 sentyabr 2012-ci il tarixə muxtar respublikada əhalinin sayı 8558 nəfər və ya 2,1 faiz artaraq 424 min 229 nəfər təşkil etmişdir. 2012-ci ilin yanvar – avqust aylarında 6938 körpə doğulmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 24 nəfər çoxdur.
XS
SM
MD
LG