Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

İran Avropa Parlamentini insan haqlarında siyasi məqsəd güdməkdə ittiham edir


İran hökuməti Avropa Parlamentinin insan haqları mükafatını İranın iki dissidentinə verməsi qərarını pisləyir.

Avropa Parlamenti Saxarov mükafatını oktyabr ayında insan haqları vəkili Nasrin Sotoudehə və rejissor Jafar Panahiyə verdi. İranın xarici işlər nazirliyinin sözçüsü Mehmanpərəst deyib ki, Avropa Birliyi siyasi məqsədlər güdür, insan haqlarında ölkələr arasında ayrı-seçkilik edir.

Onun sözlərinə görə, Avropa Birliyi öz daxilindəki ölkələrdəki insan haqları pozuntularına diqqət yetirməlidir.
XS
SM
MD
LG