Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:01

Obama məktəbdə güllələnən 26 şagird və müəllimin ailələrinə başsağlığı verib


Barack Obama cümə günü məktəbdə qətlə yetirilmiş şagirdlərin və müəllimlərin ailələrinə Amerikanın «sevgi və duaları»nı çatdırıb. Dekabrın 14-də 20 yaşlı bir gənc Konnektikut ştatında yerləşən Nyutaun şəhərinin orta məktəbində atəş açaraq 26 nəfəri öldürüb, onlardan 20-si altı-yeddi yaşlı uşaqlardır.

Prezident Obama bazar günü Nyutauna baş çəkərək, hadisə qurbanlarının ailələri ilə görüşüb. Obama deyib ki, Birləşmiş Ştatlar uşaqları qorumaq üçün yetərli iş görmür və Amerika «silah zorakılığı mədəniyyəti»ni dəyişməlidir.

Qətli 20 yaşlı Adam Lanza törədib.
Lanzanın 3 silahı olub. O məktəbə getməzdən əvvəl anasını güllələyib. Məktəbdə uşaqları güllələyəndən sonra isə özünü öldürüb.
XS
SM
MD
LG