Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

İlqar İbrahimoğlu deyir sosial şəbəkə günah deyil, rüşvətdir günah



Facebookdan şərh yaz
-

Roma papası 16-cı Benedict Twitterə qoşulandan sonra Azərbaycandakı müsəlmanların sosial şəbəkələrdə aktivliyi gündəmə gəldi.

Sosial şəbəkələri şəriətə uyğun saymayan dindarlar da oldu.

Mövzumuz İslam və sosial şəbəkələr, qonağımız İlqar İbrahimoğludur.

AzadliqFM-in studiyasında Facebook əhlinin və AzadlıqRadiosu dinləyicilərinin suallarına cavab verən qonağın dediklərindən:

İlqar İbrahimoğlu:

  • Azərbaycanda internet məkanında forumların aktivliyini yaşamışıq. Demək olar ki, forumlar kölgədə qalıb. Sosial şəbəkələr hal-hazırda daha populyardı.
  • Ümumilikdə hər bir inkişaf, texnoloji yeniliklər özü- özülüyündə insan ağlının dəstəklədiyi bir şey olmalıdır. Dinimizə gəldikdə isə, İslam dini hər zaman mütərəqqi olub.
  • İnternet XXI əsrin ən böyük nemətlərindən biridir.
  • Mən Azərbaycanda internetin, sosial şəbəkənin qatı düşmənlərini görmürəm...
  • Texniki nailiyyət özü- özlüyündə halal- haram ola bilməz. Ondan istifadə səhv - düz və yaxud halal- haram ola bilər.
  • Reallıqda insanların haqqını yemək günahdır, bunu demirlər. Rüşvətin günah olduğunu demirlər. Amma kimlərsə sosial şəbəkənin haram olduğunu deyirlər. Bu düzgün yanaşma deyil...
  • Heç bir terrorun dinə, inanca adiyyatı yoxdur. Terrorun dini yoxdur...
  • Kimsə intiharların qabağını almaq üçün Facebook-da qrup açır. Kimsə bitkiləri qorumaq üçün qruplar yaradıb, təbliğat aparırlar. Bu çox normal haldı... Kimlərsə də namazı təbliğ etmək məqsədiylə qrup açır...
  • Azərbaycanda, televiziya kanallarında senzuralar var. Bu kimi problemlərə görə, sosial şəbəkələr adi insanlar üçün əla imkanlar yaradır.
  • Facebook insanlarla ünsiyyətdə olmağın ən operativ yoludur...
  • Dünya texnoloji olaraq irəli gedir və gedəcək...
  • İnsanlar real həyatda necədilərsə virtual həyatda da elə olmalıdılar. İkiləşməkdən qaçın... Reallıqda necəsinizsə virtuallıqda da elə olun.
  • Müsəlmançılıq inkişafdır, tərəqqidir, həqiqətdir... Müsəlmançılıq olan toplumda boşanma, rüşvət, yalan olmaz... Əgər biz həyatımızda gerçək müsəlmançılığı yaşatsaq heç bir problem olmaz...
  • Televiziyada normal, vətəndaş cəmiyyətinin inkişafına səbəb olacaq bir çox verlişlər senzura edilir. Təəssüflər olsun ki, biz bayağılaşmış televiziya kanallarıyla üzbəüzük.

Proqramın audiosu tezliklə sayta yerləşdiriləcək

İlqar İbrahimoğlu ilə söhbətə Facebook-da bax

Şərhləri göstər

XS
SM
MD
LG