Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:53

Azərbaycanda havanın temperaturu yüksəlir


Sabahdan etibarən 2-3 gün ərzində temperaturun tədricən yüksələcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında əsasən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Dekabrın 18-də günün birinci yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.

Bölgələrdə dekabrın 18-i gündüz saatlarında qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, dekabrın 19-da isə şərq rayonlarında arabir az yağıntılı olacağı gözlənilir, sulu qar və qar yağacaq.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda isə havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
XS
SM
MD
LG