Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:57

Barack Obama: «Birləşmiş Ştatlar uşaqları qorumaq üçün yetərli iş görmür»


Barack Obama
Barack Obama
-

Barack Obama cümə günü məktəbdə qətlə yetirilmiş şəxslərin ailələrinə Amerikanın «sevgi və duaları»nı çatdırıb. Dekabrın 14-də 20 yaşlı gənc Konnektikut ştatında yerləşən Nyutaun şəhərinin orta məktəblərdən birində atəş açaraq 26 nəfəri öldürüb, onlardan 20-si altı-yeddi yaşlı uşaqlardır.

Prezident Obama bazar günü Nyutauna baş çəkərək, hadisə qurbanlarının ailələri ilə görüşüb. Obama deyib ki, Birləşmiş Ştatlar uşaqları qorumaq üçün yetərli iş görmür və Amerika «silah zorakılığı mədəniyyəti»ni dəyişməlidir.

Polis hadisəni 20 yaşlı Adam Lanza-nın törətdiyini təsdiqləyib. Lanza iki tapança və bir tüfənglə silahlanıb, ətrafa yüzlərlə atəş açıb. O, məktəbdə işləyən anasını və özünü də güllələyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG