Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:05

Elmar Məmmədyarov Brüsselə gedir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti sabah Brüsselə gedir.

Məqsəd Azərbaycan - Avropa Birliyi Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etməkdir.

XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Fule və Kipr Respublikasının Xarici İşlər Naziri Erato Kozaku-Markulis ilə görüşlər, habelə Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlər, siyasi, iqtisadi və humanitar məsələlər ətrafında fikir mübadiləsi nəzərdə tutulub.
XS
SM
MD
LG