Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:28

İlham Əliyev: «Şuşa və Xankəndi yenidən qurulacaq»


İlham Əliyev
İlham Əliyev
-
«Bu gün Azərbaycana xaricdən işləmək üçün gələnlərin sayı artır. Bu məqsədlə vaxtilə Miqrasiya Xidmətini yaratdıq ki, əmək resurslarının səmərəli şəkildə tənzimlənməsi üçün bizdə işlək mexanizm olsun»
Prezident İlham Əliyev dekabrın 15-də Füzulidə rayon ictimaiyyəti qarşısındakı çıxışında belə deyib.
«BİZİ BAŞQALARINDAN FƏRQLƏNDİRƏN XARİCİ DÖVLƏT BORCUMUZUN OLMAMASIDIR»
«Bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək öz iqtisadi gələcəyimizi qururuq. Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bizə imkan verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az asılı olsun»- deyə prezident bildirib.
PREZİDENT 2012-Cİ İLİN YEKUNLARINDAN DANIŞIB
«Bu ilin yekunları göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə, böhranlı illərdə çox yüksək göstəricidir. Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcək. Mən bu məsələ ilə bağlı artıq əvvəlki dövrlərdə fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişəm. İqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmək üçün, əlbəttə ki, bölgələrin inkişafı lazımdır. Biz son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu istiqamətdə də böyük nailiyyətlərə çata bilmişik. İşsizlik azalıb. Yoxsulluq böyük dərəcədə - beş dəfə azalıb. Bu gün Azərbaycana xaricdən işləmək üçün gələnlərin sayı artır və bu məqsədlə vaxtilə Miqrasiya Xidmətini yaratdıq ki, əmək resurslarının səmərəli şəkildə tənzimlənməsi üçün bizdə işlək mexanizm olsun».
Prezident deyib ki, gələcək illərdə də Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında:
İlham Əliyev həkimlərlə görüş zamanı
İlham Əliyev həkimlərlə görüş zamanı
«Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək».
«ŞUŞA VƏ XANKƏNDİ YENİDƏN QURULACAQ»
Dövlət başçısı deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra indi işğal altında olan ərazilər gözəl, abad yerlərə çevriləcək:
«Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır».
«ÜMİDSİZLİK, ÖZBAŞINALIQ, SƏFALƏT»
İlham Əliyev bu sözləri Ermənistandan danışarkən işlədib:
«Ermənistanın rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir. Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır. Bir daha demək istəyirəm ki, görülən tədbirlər nəticəsində bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilib. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə» İlham Əliyev çıxışında deyib.
Prezidentin sözlərinə görə, o Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə şübhə etmir.

(AzerTAc)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG