Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 10:53

Lənkəranda bir ailənin 3 üzvü həbs olunub


-

Lənkəranda polis bir ailənin 3 üzvünü - Rəfael, İsmayıl və Rafəddin İsmayılov qardaşlarını saxlayıb. Bu barədə AzadlıqRadiosuna saxlananların atası Hüseynağa İsmayılov məlumat verib:
“Yoldaşımla saat 1-dən polis idarəsinin qabağındayıq, 3 oğlumu tutub gətiriblər. Deyirlər guya onlar məhkəməyə gəlməyiblər. Buna görə də məhkəmənin qərarı ilə həbs olunublar”.
Hüseynağa İsmayılov oğlanlarının həbs olunmasını iyun ayında baş verən bir hadisə ilə əlaqələndirir.
“İyunda gəcə saat 1-də qonşumuz Səxavət Haqverdiyev sərxoş halda gəlib bizi evdə təhqir elədi. İki dəfə belə hal oldu. 102-yə zəng etdik, bir polis kapitanı gəldi hadisənin şahidi oldu. Həmin sərxoş qonşunu da apardı. O vaxtdan bizim şikayətlə bağlı bir neçə dəfə məhkəmə keçirilib. Uşaqlar da gedib prosesdə iştirak ediblər. Sonradan işi bizim əleyhimizə yönəldilər ki, guya mənim oğlanlarım həmin şəxsi döyüb. Polis hər 3 oğlumu içəri salıb. Əsas da göstərirlər ki, onlar məhkəmənin çağırışına gəlməyiblər. Biz zərərçəkənik. Amma bizi təhqir edən azadlıqdadır, mənim 3 oğlumu tutub salıblar polisə”.
Hüseynağa İsmayılov iddia edir ki, polis onlardan 5 min manat pul istəyib, onlar pulu vermədiklərinə görə oğulları həbs edilib.
Lənkəran şəhər polis bölməsindən Azadlıqradiosuna Rəfael, İsmayıl və Rafəddin İsmayılovların saxlandığını təsdiqləyiblər. Növbətçi polisin dediyinə görə, adı çəkilən qardaşlar Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə (221.2.1 maddə) ittiham olunurlar:
“Polis onları məhkəmənin qərarına əsasən saxlayıb. Onlar dekabrın 17-də məhkəməyə göndəriləcəklər. Məhkəmə nə qərar çıxaracaq biz bilmirik” deyə polis bölməsindən bildiriblər.
İsmayılovlardan rüşvət istəməsi haqda deyilənlərə isə belə cavab verildi: “Daldan atılan daş topuğa dəyər. Onlar haqda axtarış verilib, ona görə də belə deməlidirlər. Rüşvət faktını sübut etmək belə asandır?..”
XS
SM
MD
LG