Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50
-
Fövqəladə Hallar Nazirliyi mühərrikli qayıqla dənizə çıxmış Əhmədağa Şükürovun axtarışlarını davam etdirir. O Bakının Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparırmış.
Əhmədağa Şükürov qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirib.

Nazirliyin saytında yerləşdirilən məlumatda belə deyilir. Qohumların müraciətindən sonra FHN-nin Aviasiya dəstəsinin helikopteri axtarışlara cəlb olunub. Axtarışlar hələlik bəhrəsini verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG