Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Ahmet Davutoglu:" Biz BMT və ATƏT-dən daha çox fəallıq gözləyirik"


 Ahmet Davutoglu
Ahmet Davutoglu
“Region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi , bölgədə dondurulmuş münaqişələrin ədalətli həllində çox önəmlidir”.

APA-nın məlumatına görə, bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının İstanbulda keçirilən toplantısından sonra mətbuat konfransında Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu (Əhməd Davudoğlu) deyib.

Davutoglu qeyd edib ki, Türkiyə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün BMT və ATƏT-dən daha artıq fəallıq gözləyirik və hesab edir ki, region ölkələri arasında sıx iqtisadi əlaqələr belə münaqişələrin həllini asanlaşdıracaq.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının bu gün İstanbulda keçirilən iclasında təşkilata sədrlik Türkiyədən Ukraynada keçib.
XS
SM
MD
LG