Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:06

V. Talıbov: «Arxiv işlərinə ciddi fikir vermək lazımdır»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 26 sentyabr 2012. sayı: 182 (20.587)


NÖVBƏTİ ƏMƏK YARMARKALARI KEÇİRİLƏCƏK

...Xidmətdən onu da bildirdilər ki, bu tədbirlərdən Şərur rayonu da kənarda qalmayıb. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktın məşğulluq tədbirlərində işəgötürənlərin, işaxtaran və işsiz vətəndaşların fəal iştirakını təmin edib. Bəhs olunan dövrdə
Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən 2 əmək yarmarkası keçirilib, 114 nəfər bu yarmarkalar vasitəsilə işlə təmin olunub. Ümumilikdə isə rayon üzrə bu ilin 8 ayında 419 nəfər qeydiyyata alınıb, 330 nəfərə işə göndəriş verilib. Bundan başqa, 18 nəfər peşə hazırlığı kursuna cəlb edilib, 50 nəfər ictimai işlərə göndərilib.

Qeyd edək ki, yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlə işsiz və işaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcrübəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işsiz və işaxtaran vətəndaşların mövcud vakant iş yerləri haqqında məlumat almalarına və münasib işlə təmin olunmalarına köməklik göstərilməsini təmin etməkdir.

NAXÇIVAN MR ARXİV İDARƏSİ YENİ BİNADA FƏALİYYƏT GÖSTƏRƏCƏK

...Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir: «Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də, ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir».

Müasir tələblər səviyyəsində yenidən qurulan binanın istifadəyə verilməsini bu sahəyə göstərilən dövlət qayğısı kimi dəyərləndirən Ali Məclisin Sədri muxtar respublikada arxiv işinin bundan sonra daha yüksək səviyyədə qurulacağına, tariximizi özündə yaşadan arxiv sənədlərinin etibarlı şəkildə mühafizə olunacağına əminliyini bildirmişdir.

Dövlət Arxiv Fondunda sənədlər nomenklatura üzrə təsdiq edilmiş ayrı – ayrı rəflərdə cəmləşdirilmişdir. Eyni zamanda, arxiv sənədlərinin dəqiqliklə qeydiyyata alınmasını və səmərəli istifadə edilməsini təmin etmək məqsədilə onların təsnifatı, arxiv fondu daxilində qruplaşdırılması işləri aparılmışdır. Hazırda kitabxanada 5820 kitab və 1200-ə yaxın jurnal toplanmışdır. Tədqiqatçılar öz elmi tədqiqatlarında, monoqrafiya və elmi məqalələrin yazılmasında arxiv sənədlərindən, kitabxanadakı ədəbiyyatlardan istifadə edə biləcəklər.


DİGƏR MƏQALƏ BAŞLIQLARI


- Ana dilim

- Həkim briqadası Badamlı kəndində olmuşdur
XS
SM
MD
LG