Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:59
-
Yardımlı rayon sakini Əflatun Nəzərov «Qaynar xətt»ə rayon qaz idarəsinin rəisindən şikayət edib. O, qardaşının qaz idarəsində işə düzəlməsi üçün ondan rüşvət istənildiyini bildirir. O da bu barədə prezidentə yazıb. Ancaq yazdıqlarına görə nəinki qardaşını işə düzəltməyə nail ola bilməyib, üstəlik, evinə gedən qaz xəttini də kəsiblər.

«DEDİ MƏNDƏN ŞİKAYƏT YAZMISAN, SƏNİ SÜRÜNDÜRƏCƏYƏM»

Əflatun Nəzərov:

«Gözləyirdim ki, yazdıqlarımı araşdırıb rəislə bağlı tədbir görərlər. Ancaq tərsinə oldu. Yazdığım məktubu Prezident Administrasiyası elə qaz idarəsinin rəisinə göndərib. Rəis də deyir ki, məndən şikayət yazmısan, gör, səni necə süründürəcəyəm. 200 manat qazpulu keçirməliyəm. 5 uşaq saxlayıram, sosial yardımı dayandırıblar, özüm də heç yerdə işləmirəm. Qazı kəsərkən həyətimə 16 nəfər polis işçisi gəlmişdi. Yaşamağa imkan vermirlər».

Əflatun Nəzərov deyir ki, qardaşı 7 il əvvəl həbsdən çıxıb və heç yerdə işə götürmürlər. Qərara gəlib ki, onu qaz idarəsinə fəhlə düzəltsin, ancaq rəis ona qardaşının həbsdə olduğunu səbəb gətirərək işə götürmək üçün rüşvət istəyib:

«Həbsdə olub deyə, adam yıxılıb ölməlidir? Onun da yaşamaq, işləmək hüququ var. Mən prezidentə yazıram ki, rəis məndən rüşvət istəyir. Məktubumun cavabını prezidentdən gözləyirəm, bir də görürəm ki, cavab qaz idarəsindən gəlir. Bu necə olan işdir, anlamıram».

Prezident Administrasiyası

Prezident Administrasiyası

«QAZPULUNU ÖDƏSİN»

Yardımlı rayon Qaz İdarəsinin rəisi Vəfadar Əliyev «Qaynar xətt»ə bildirib ki, Əflatun Nəzərovun yaşadığı ünvana gedən qaz xətti qərəzə görə yox, borca görə kəsilib:

- 520 manat borcu var, fevralda qaz kəsilmişdi, 200 manat ödəyəndən sonra birləşdirdik. İndi də 350 manata yaxın borcu var. Gətirsin ödəsin, qaz xəttini birləşdirək.

- Deyir ki, prezidentə Sizdən şikayət etdiyinə görə ona qarşı qərəzli münasibət göstərirsiniz. Qaz xəttini də buna görə kəsmisiniz...

- Prezidentə məktubu qaz kəsiləndən sonra yazıb. Prezident Administrasiyasından da araşdırılması üçün «Azəriqaz» İstehsalat Birliyinə göndərmişdilər, biz də məktubla tanış olduq.

- Deməsinə görə, Siz ondan qardaşını işə götürmək üçün rüşvət istəmisiniz. O da buna görə şikayət edibmiş.

- Bəhanələr axtarır. Borcu var, ödəsin. Mənim onunla heç bir qərəzim yoxdur.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG