Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

İlham Əliyev Horadizdə orta məktəbin açılışını edib


Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev

Füzuli rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Horadiz şəhərində 240 yerlik 3 nömrəli orta məktəbinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş məktəb binasının tikintisinə 2011-ci ilin sentyabrında başlanıb.
İkimərtəbəli binanın ümumi sahəsi 3 170 kv. metrdir.
Məktəbin 1,5 hektar həyətyanı sahəsi var.

İlham Əliyev yenidən qurulmuş Horadiz Şahmat Məktəbinin açılışında da iştirak edib.
XS
SM
MD
LG