Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:38

Yunanıstanda gəminin batması nəticəsində azı 20 adam ölüb


Yunanıstan sahillərində kiçik turist gəmisinin batması nəticəsində azı 20 adam ölüb.
Gəmi Türkiyədən Yunanıstanın Egey dənizindəki Lesbos adasına gedirmiş.

Sərnişinlərin Asiya ölkələrindən qanunsuz yollarla Yunanıstana keçmək istəyən miqrantlar olduğu bildirilir.
Buna görə onların hər biri 2 min dollar ABŞ dolları ödəyibmiş.

Fırtınaya düşən gəmi sahildən təxminən 1500 metr aralıda qəzaya uğrayıb.
Gəmidə 27 nəfər olub.
Onlardan 1-nin xilas edildiyi, xəbər verilir.
Hələlik 20 nəfərin cəsədi aşkar edilib.

Hər il Avropa ölkələrinə keçmək üçün Yunanıstana qanunsuz yollarla minlərlə immiqrant gəlir.
XS
SM
MD
LG