Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03
-
28 SOT TORPAQ SAHƏSİ NECƏ PARÇALANIB

Cəlilabadın Alar kənd sakini Ağarəhim Əzimov «Qaynar xətt»ə şikayət edib ki, həyətyanı sahəsinin bir hissəsini çəpər qonşusu zəbt edib, bir hissəsini də bələdiyyə öz fonduna keçirib.

«Sənədlə bizə məxsus olan 28 sot yerdən 13 sotunu əlimizdən alıb qonşuya verdilər. Bu azmış kimi, yerdə qalan 15 sot torpaq sahəsinin 4 sotunu da bələdiyyə öz hesabına keçirdib. Bələdiyyənin əlimizdən aldığı sahə həyətimizin çıxar yeridir. Ordan biz küçəyə çıxırıq. Alar kəndində bizdən başqa heç kəsin həyətyanı sahəsi bələdiyyə hesabına keçməyib. Çəpərimizi də söküblər».

A.Əzimov deyir ki, məhkəməyə ərizə ilə müraciət etmək istəyəndə, məhkəmə işçiləri ona məsləhət görüblər ki, məsələni hüquqi müstəviyə çıxarmadan həll etsin:

«Məhkəmədən Cəlilabad rayon İcra Hakimiyyətinə zəng vurub tapşırandan sonra ora getdim. Bələdiyyə sədrini də çağırdılar. Özləri də təsdiqlədilər ki, mənə qarşı haqsızlıq olub və məsələ yoluna qoyulacaq. Ancaq sonradan bələdiyyə sədri bildirdi ki, hər şey sənədləşdirilib, torpağın mənə qaytarılması mümkün deyil».

«TORPAĞIN BİR QARIŞINA DA TOXUNULMAYIB»

Alar kənd Bələdiyyəsinin sədri Baxış Mustafayev deyir ki, A.Əzimov hər yerə yazır. Ancaq mütəxəssislər gedirlər, ölçürlər, biçirlər, və məlum olur ki, torpaq sahəsi sənəddə göstərilən ölçüdədir:

«Əvvəla, barəsində danışdığı həyətyanı torpaq sahəsi onun yox, atasınındır. Anasını, bacısını da yaxına buraxmır, torpaq sahəsinə tək özü yiyələnmək istəyir. O torpağın dövlət aktı var. Həmin aktla torpaq sahəsi 15 sotdur. Deyir, guya qonşusu sahəyə girib, zəbt edib. Mütəxəssislər gedib yoxlayıblar, məlum olub ki, onun atasına məxsus olan torpağın bir qarışına da toxunulmayıb. O ki qaldı bələdiyyə fonduna keçən sahəyə, həqiqətən də həyətdə 4 sot artıq torpaq sahəsi vardı, bələdiyyə torpağıdır. Biz ondan heç o torpağı istəmirik, çünki o 4 sot torpağı kiməsə həyətyanı sahə kimi vermək də mümkün deyil».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG