Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Rusiyada azadlıq yürüşləri keçirilir


 Krasnoyarskda mitinq
Krasnoyarskda mitinq
Rusiyanın bir sıra şəhərlərində Moskvadakı “Azadlıq yürüşü”nə həmrəylik olaraq aksiyalar keçirilir.

Güclü şaxtaya baxmayaraq Krasnoyarsk və Tomskda keçirilən aksiyalarda onlarla adam iştirak edib.
Xabarovskda isə qubernatorun istefası tələbi ilə keçirilən aksiyada təxminən 100, Barnaulda keçirilən icazəsiz aksiyada 30-a yaxın adam iştirak edib.
Novosibirskdə isə 40 dərəcə şaxta olduğuna görə mitinq təxirə salınıb.
Həmçinin Yekatinburq, Samara, Nijniy Novqorod və digər şəhərlərdə “Azadlıq yürüşü” keçirilir.

Moskvada aksiyaya icazə verilmədiyindən şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Amma buna baxmayaraq kommunistlər təhsil hasəsindəki islahatlara etiraz olaraq aksiyaya çıxıb.
Məlumata görə bu aksiyada 500-dək adam iştirak edir.
Kommunistələr həmçinin ölkənin bir sıra regionlarında eyni tələblə aksiyalar təşkil ediblər.

Həmçinin bu gün Sankt-Peterburqda müxalifətin icazəli mitinqi gözlkənilir.
XS
SM
MD
LG