Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:01

General: «Qəbələ RLS-dən imtina Rusiyaya problem yaratmayacaq»


Qəbələ RLS

Qəbələ RLS

-
Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyətinin dayandırılması Rusiyanın təhlükəsizliyinə təsir etməyəcək.

Bunu dekabrın 15-də RİA Novosti-yə müsahibəsində Rusiya Müdafiə nazirinin müavini Oleg Ostapenko deyib:

«Bu, bizim ölkə üçün vacib deyil. Armavirdə (Krasnodar diyarı) döyüş növbətçiliyində olan stansiya artıq Qəbələ RLS-in əhatə etdiyi əraziləri nəzarətdə saxlayır».

Nazir müavini raket hücumu barədə xəbərdarlıq tapşırığının tam yerinə yetirildiyini deyib:

«Gələcəkdə öz potensialımızı daha da inkişaf etdirəcəyik».

Rusiya Qəbələ RLS-nın istismarının dayandırılması ilə əlaqədar dekabrın 10-da Azərbaycan tərəfinə Nota təqdim edib.

Qəbələ RLS 1985-ci ildən istismardadır. Stansiya Sovetlər Birliyinin raketlərdən müdafiə kompleksinin 8 əsas obyektindən biri olub.

RLS-in icarə müddəti 2012-ci ildə başa çatırdı. Bir ilə yaxın idi ki, icarə haqqı ilə bağlı danışıqlar aparılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG