Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Misirdə referendum keçirilir


Foto arxiv
Foto arxiv
Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referemdum keçirilir.

Prezident Mohammad Morsinin tərəfdarları yeni konstitusiyanın ölkəni demokratiyaya aparacağını deyir.
Müxalifət, o cümlədən liberallar, dünyəvilik tərəfdarları və xristianlar isə əksinə, səndəin həddən ardıq islam yönlü olduğunu və insan haqlarını məhdudlaşdırdığını deyirlər.

Bu gün və sabah referendumda 50 milyondan çox adam səs verməlidir.
Qahirə və İsgəndəriyyə də daxil olmaqla bu gün 10 əyalətdə səsvermə keçirilir.

Cümə günü İsgəndəriyyədə prezidentin tərəfdarları və əlehdarları arasında toqquşma olub.
Müxalifət prezident Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda və hakimiyyəti zəbt etməkdə günahlandırır.
XS
SM
MD
LG