Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

İlham Əliyev Barack Obama-ya başsağlığı verib


-
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barack Obama-ya Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

«Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayıram», - deyə məktubda bildirilir.

Dekabrın 14-də ABŞ-ın Konnektikut ştatında orta məktəbə hücum edən silahlı şəxs 27 adam öldürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG