Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:49

10 müxalifətçinin cəriməsi kimin hesabına ödəniləcək?


Video
Video
-
«AĞZIMI AÇDIRMAYIN» HƏDƏSİNİN AÇMASI

«Azadlıq» qəzeti yazır ki, «Elşad Abdullayevin «videobombası» administrasiyada şok effekt yaradıb».

Qəzet son videonu Gülər Əhmədovanın iqtidar düşərgəsindən olan hücumlara verdiyi «ağzımı açdırmayın» hədəsinin açması sayır. Qəzetə görə, sabiq deputatın rəfiqəsi Sevinc Babayevanın Elşad Abdullayevin deputat seçilməsi üçün verdiyi 1 milyon dolların Prezident Administrasiyasında Ramiz Mehdiyevə verilməsi və pulun onun otağında sayılması barədə dedikləri Gülər Əhmədovanın bu işdə vasitəçi olmasını göstərir.

Bu səbəbdən də qəzet hesab edir ki, «Elşad Abdullayevin son videolarından sonra Gülər Əhmədovanın bu məsələ barədə nə danışacağı artıq əhəmiyyətini itirmiş sayıla bilər».

«GÜNAH İMMUNİTETİ ZƏİF OLAN UŞAQLARIN VALİDEYNLƏRİNDƏDİR»

«Heç bir zəhərlənmə olmayıb. Sadəcə günah immuniteti zəif olan uşaqların valideynlərindədir». Bunu 13 uşağın zəhərləndiyi 138 saylı bağçada olan Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov «Yeni Müsavat»a müsahibəsində deyib. Qəzet Hacıbala Abutalıbovun həmin bağçada uşaqlarla nahar etdiyini yazır:

«İndi biz uşaqlarla bir yerdə yemək də yedik. Valideynlərin özlərinin dediyinə görə, hətta onlardan ikisi ümumiyyətlə bağçada olmayıb. Sadəcə olaraq burdan gedəndə, valideyn küçədən şokolad alıb verib və bu cür hadisə olub».

ADR ƏMLAKININ AXTARIŞINA BAŞLANA BİLƏR

ADR parlamenti - 1919
ADR parlamenti - 1919
«Exo» qəzeti yazır ki, Azərbaycan ADR dövründə xarici ölkələrdə mövcud olan əmlakların axtarışına başlaya bilər:

«Bakı hesab edir ki, xaricdəki hansısa obyektin Azərbaycan Demokratik Respublikasına (ADR) məxsus olduğu sənədlərdə öz əksinə taparsa, onun qaytarılması problem olmamalıdır».

Məsələyə münasibət bildirən tarixçi-politoloqlar isə hesab edirlər ki, bu iş əvvəlcə elmi səviyyədə araşdırılmalı, daha sonra diplomatik addımlar atılmalıdır. Rusiya imperiyasının əmlakının qaytarılması işinə Rusiya 2005-ci ildən işlərə başlayıb:

«Rusiya 2010-2012-ci illərdə Monqolustan, İsrail, Ukrayna və Fələstində olan 155 obyektin qaytarılmasına nail olub».

«Azərbaycan» qəzeti yazır ki, «Freedom House» erməni lobbisinin təsiri altında Azərbaycana qarşı bədnam kampaniya aparır:

«Bəzi müxalifət təmsilçilərinin Azərbaycan əleyhinə əməlləri erməni millətçi dairələrinin fəaliyyəti ilə üst-üstə düşür».

UKRAYNA PREZİDENTİNİN BAKIYA QƏFİL SƏFƏRİNİN SİRRİ NƏ İMİŞ?
Viktor Yanukoviç
Viktor Yanukoviç

«Bizim yol» qəzeti Ukrayna prezidenti «Yanukoviçin Bakıya qəfil səfərinin sirri»ndən yazır. Qəzet hesab edir ki, Rusiyanın təzyiqləri altında olan Ukrayna Azərbaycandan dəstək umur:

«Yanukoviç bu günlərdə Putinlə görüşəcək. Görünür, o, bu görüşdən öncə əlini gücləndirmək istəyir».

10 MÜXALİFƏTÇİNİN CƏRİMƏSİ KİMİN HESABINA ÖDƏNİLƏCƏK?

«10 müxalifətçinin cərimələri bizim hesabımıza ödəniləcək». «Ayna» qəzeti Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanı 104 min avro cərimələməsini belə dəyərləndirir:

«...Cərimə pulları yanlış davranmış hüquq-mühafizə orqanlarının konkret əməkdaşlarının deyil, vergiödəyicilərinin cibindən ödənilir. Bu pulların hakimlərin şəxsi vəsaitlərindən ödənilməsi daha ədalətli olardı».

«...ALMANİYANIN AZƏRBAYCANA İRAD TUTMAĞA HAQQI VARMI?»

«Yeni Azərbaycan» qəzeti «anti-azərbaycan mərkəzlərinin yeni demokratiya oyunu»dan yazır.

«Rasizmin və korrupsiyanın baş alıb getdiyi Almaniyanın Azərbaycana irad tutmağa haqqı varmı?», - deyə qəzet sual edir.

Qəzet Azərbaycana qarşı təzyiqlərin artan xətt üzrə davam etdirilməsinə toxunur:

«Ancaq onlar əmin ola bilərlər ki, bütün dövrlərdə olduğu kimi Azərbaycan xalqı 2013-cü ildə də heç bir təxribata getməyəcək və onların bütün bu cəhdləri iflasa uğrayacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG