Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:18

ABŞ məktəbinə silahlı hücumda 27 nəfər həlak olub (VİDEO)


ABŞ-da yeni məktəb atışması
ABŞ-da yeni məktəb atışması
Dekabrın 14-də ABŞ-ın Konnektikut ştatında orta məktəbə hücum edən silahlı şəxs onlarla adamı öldürüb.

Konnektikut polisi mətbuat konfransında deyib ki, 24 yaşlı Ryan Lanza səhər saatlarında məktəbə gəlib.vOnun anası burada ibtidai sinifdə dərs deyirmiş. Qatil anasını, onun sinifindəki şagirdlərini güllələyib. Ölənlər arasında məktəbin rektoru da var.



Ryazn Lanza özü də məktəb ərazsində ölüb. Onun polis tərəfindən güllələndiyi və ya özünə qəsd etdiyi hələ ki, açıqlanmır.

- Bu axşam biz uşaqlarımızı daha da bərk qucaqlayacağıq. Lakin Konnektikutda ailələr var ki, bu axşam uşaqlarını qucaqlaya bilməyir. Onların bizə ehtiyacı var. - hadisə ilə bağlı çıxışında doluxsunmuş ABŞ prezidenti Barack Obama belə deyib.

AzadlıqRadiosu olayları yaxından izləyir. Yazı tez-tez yenilənir.
XS
SM
MD
LG