Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:51

Qazaxıstan da latın qrafikalı əlifbaya keçir


Nursultan Nazarbayev Qazaxıstanın 2050-ci ilə qədərki hədəflərini elan edir. 14 dekabr 2012
Nursultan Nazarbayev Qazaxıstanın 2050-ci ilə qədərki hədəflərini elan edir. 14 dekabr 2012
-

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsində latın qrafikalı əlifbaya keçidlə bağlı hazırlıqlara başlanmalı olduğunu bildirir.

Dekabrın 14-də xalqa müraciətində prezident deyib ki, 2025-ci ildə bu əlifbaya tam keçid üçün indidən hazırlıqlar aparılmalıdır.

Nazarbayev dövlət dilinin inkişafı ilə bağlı da kompleks tədbirlər həyata keçiriləcəyini də vəd edib.

Qazaxıstan hazırda kirill qrafikalı əlifbadan istifadə edir.

Nazarbayev müraciətində həmçinin rus dilinin vacibliyini vurğulayıb: “məhz rus dili vasitəsilə xalqımız dünya mədəniyyətinə, elminə qovuşub, hələ də ondan geniş istifadə edirik” – deyə prezident bildirib.

Ölkəsinin 2050-ci ilə qədərki hədəflərindən bəhs edən Nazarbayev əsas məqsədin 2050-ci ildə Qazaxıstanı dünyanın inkişaf etmiş 30 ölkəsi sırasına çıxarmaq olduğunu söyləyib.
XS
SM
MD
LG