Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

Türkiyə “Eurovision 2013”-dən imtina etdi


Arxiv foto: Bakıda keçirilən "Eurovision 2012" müsabiqəsindən görüntü. 22 may 2012
Arxiv foto: Bakıda keçirilən "Eurovision 2012" müsabiqəsindən görüntü. 22 may 2012
Türkiyənin TRT telekanalı İsveçdə keçiriləcək 58-ci “Eurovision” mahnı yarışına qatılmayacağını elan edib.

TRT bu addımını “müsabiqənin şərtlərində aparılan düzəlişlərə və haqsızlıqlara etiraz” olaraq atdığını bildirir:

“2010-cu ilə qədər birinciliyi tamamilə izləyici səsləri müəyyən edirdi. 2011-ci ildə qaydalara edilən dəyişikliyə görə qalibin seçilməsində izləyicilərin səslərinin təsiri 50 faizə endirildi, 50 faiz təsir imkanı isə jüriyə verildi.

Avropa Yayım Birliyinin imtiyazlı üzvləri olan 5 ölkənin - Almaniya, Fransa, İngiltərə, İspaniya və İtaliyanın təmsilçiləri müsabiqələrdə yarımfinallara qatılmır, birbaşa finalda çıxış edirlər. Bu vəziyyətin haqsız olduğunu hər fürsətdə ifadə etmişik” - deyə TRT-nin yaydığı yazılı açıqlamada qeyd edilir.

Türkiyə 2003-cü ildə Riqada keçirilən müsabiqədə Birinci yeri tutmuşdu. Bu ölkədə "Eurovision" müsabiqələrinə maraq adətən yüksək olub. Son 10 ildə Türkiyə “Eurovision” yarışlarında bir dəfə Birinci, 3 dəfə Dördüncü, 2 dəfə Yeddinci, bir dəfə də İkinci olub.

Keçənilki “Eurovision” müsabiqəsi Bakıda keçirilib və Türkiyə təmsilçisi yarışı 7-ci sırada başa vurub. Qalib İsveç təmsilçisi olduğundan 2013-cü ilin yarışı da bu ölkədə keçiriləcək.

Bəzi Avropa ölkələrindən də iqtisadi böhrana görə Malmo şəhərində keçiriləcək “Eurovision 2013” müsabiqəsində iştirak etməyəcəklərini bildiriblər.

Hər ölkə bu müsabiqəyə qatılıb-qatılmamaq barədə özü sərbəst qərar verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG