Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:51

Yeni beynəlxalq telekommunikasiya razılaşması 55 ölkədə narazılıq yaratdı



Dubayda iki həftə davam edən müzakirələrdən sonra 89 ölkənin təmsilçisi telekommunikasiyaya dair yeni razılaşma imzalayıblar. Bu sənədin interneti də tənzimləyəcəyi gözlənir.

Cümə günü Dubayda keçirilən konfransda BMT-nin qurumu olan Beynəlxalq Telekommunikasiyalar Birliyi məlumat verib ki, yeni razılaşma 2015-ci ilin yanvarından qüvvəyə minəcək.

Amma sənədi Beynəlxalq Telekommunikasiyalar Birliyinə üzv olan 193 ölkədən 55-i imzalamaqdan imtina edib. Əksər internet xidməti şirkətləri və ABŞ başda olmaqla 55 dövlət yeni sənədin hökumətlərə internetə nəzarət imkanı verəcəyini deyirlər.

Hələlik Azərbaycanın bu sənədi imzalayıb-imzalamadığı bəlli deyil.

Yeni razılaşma 1988-ci ildə qəbul edilmiş Beynəlxalq Telekommunikasiya Qaydalarına ilk düzəlişdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG