Keçid linkləri

Təcili xəbərlər

Özün tənzimlə - Facebookda səni kim oxusun


Facebook Privacy
Facebook Privacy
-
Facebook bu günlərdə elan edib ki, şəxsi məlumatların qorunması üçün yeni dəyişikliklər həyata keçirir. Söhbət isifadəçilərin öz səhifələrinə nəzarətinin yüngülləşdirilməsindən gedir.

Facebook qaydaları anlaşılmaz idi
İndiyədək də hər kəs öz səhifəsini arzuolunmaz nəzərlərdən qorumaq imkanına malik idi. Lakin Facebooku tənqid edirdilər ki, belə proseduralar texniki cəhətdən mürəkkəbdir.
Həqiqətən də 1 milyarda yaxın Facebook istifadəçisinin ancaq kiçik bir qismi həmin texniki qaydalardan faydalanırdı. Adamlar ya səbrsizklikdən, ya da sadəcə terminoloji naşılıqdan Facebookun təklif etdiyi təhlükəsizlik qaydalarını mənimsəyə bilmirdi.

Təhlükəsizliyi öz əlinə al
Facebook ümid edir ki, elan etdiyi yeniliklər istifadəçilərin işini yüngülləşdiəcək. İndi şəbəkəyə nəsə əlavə edəndə, onun kimin görüb, kimin üçünsə əlçatmaz olmasını tənzimləmək asanlaşacaq.

  • İstifadəçilər Facebook-un konsepsiyasını başa düşməyəndə, öz səhifələrindən necə istifadə etməyi bilməyərək sürprizlərlə rastlaşanda, onlar özlərini Facebookda güvənli hiss etmirlər. – deyə Facebook-un istehsal direktoru Sam Lessin Reutresə bildirib.

Yeni və sadə menyu
Səhifənin sağ, yuxarı küncündə yerləşdirilən şəxsi təhlükəsizlik menyusuna çıxış istifadəçilərə imkan verir ki, öz səhifəsinin yayım göstəricilərini tənzimləsin. Buradan paylaşdığın foto, video və yazıların kimin görəcəyini, bu postların şərh üçün kimə açıq olduğunu bilmək mümkündür.

App-lər daha səni çaşdırmayacaq
Dəyişiklər istifadə etdiyin App-lər (proqram əlavələri) haqda da daha aydın təsəvvür yaradacaq. Əvvəl belə idi ki, App yükləyəndə məlumat gəlirdi ki, bu proqram əlavəsinin sənin profilinə, dostlar siyahısına və ya e-mail ünvanına çıxışı olacaq. Səbəbi aydınlaşdırılmırdı. İndi isə, belə məlumatlar daha aydın olacaq. Məsələn, proqram əlavəsi səndən icazə istəyir ki, sənin adından dostlarına məlumat göndərsin.

Arzuolunmaz postu firdəfəlik yox et
Heç olubmu ki, hansısa postu öz Timeline-nından silirsən. Sonradansa aydınlaşdırırsan ki, bu, ancaq sənin üçün görünməz olub, başqaları sənin səhifənə gələndə həmin postu görürlər?

Facebook indi səhifəndən sildiyin materilların aqibəti haqda da sənə aydın məlumatlar verməyi vəd edir. İndi nəyisə Timeline-dan siləndə onu ümumiyyətlə Facebookdan da yox etmək xahişi üçün düymə də tətbiq edir.

Necədir? Bəyənirsən bu yenilikləri? Yeni imkanlar sənə Facebook güvənliyi verəcəkmi? Fikrini AzadliqFM-lə bölüş
XS
SM
MD
LG