Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

ABŞ Türkiyədə Patriot sistemləri yerləşdirir



ABŞ-ın müdafiə naziri Leon Panetta Türkiyəyə iki Patriot raket batareyası və onlara qulluq üçün 400 nəfərlik heyətin göndərilməsi barədə əmr imzalayıb. Pentaqonun mətbuat xidmətində əmrin cümə günü imzalandığını bildirirlər.

Leon Panetta həmçinin bu gün gözlənilmədən ABŞ-ın istifadəsində olan Türkiyədəki İncirlik hərbi bazasında əsgərlərlə görüşə yollanıb.

Suriyadan gələn təhdidlərə qarşı müdafiəsini gücləndirmək üçün Türkiyə üzvü olduğu NATO-dan Patriot sistemləri xahiş etmişdi. Ankaranın bu xahişindən sonra NATO ölkələri olan Almaniya və Hollandiya da Türkiyənin cənub sərhədlərinə Patriotlar yerləşdirəcəyini bəyan edib.

NATO-nun komandalığı altında çalışacaq Patriot sistemlərinin yanvarın sonundan tam fəaliyyətə başlayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG