Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:58

Məktəbdə 22 uşaq bıçaqlanıb


Cümə günü Çində məktəbə hücum edən bıçaqlı şəxs 22 şagirdi yaralayıb. Xinhua agentliyi hadisənin Henan vilayətində baş verdiyini yazır.

Məlumata görə 36 yaşlı hücumçunu polis saxlayıb. Yaralıların vəziyyəti haqqında məlumat verilmir.

Son illər Çində məktəblərdə şagirdlər tez-tez hücumlara məruz qalırlar. Rəsmilər hücumçuların çoxunun işini itirənlər, ya da ölkədəki iqtisadi inkişafdan öz payını ala bilmədiyini düşünənlər olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG