Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

Moskva Suriya rejiminə dair mövqeyinin dəyişmədiyini deyir



Moskva Yaxın Şərq üzrə təmsilçisi Mixail Boqdanovun Suriya prezidentinin hakimiyyətinə az qalması barədə fikirlər söyləmədiyini bildirir. Cümə günü Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mixail Boqdanov Moskvanın Suriya məsələsində mövqeyini dəyişdiyini ifadə etməyib, o yalnız çıxışında Suriya müxalifətindən sitat gətirib.

Dünən yayılan xəbərlərdə isə deyilirdi ki, Boqdanov prezident Bashar al-Assad-ın rejiminin ömrünə az qaldığını bildirib.

Bundan sonra Vaşinqton Moskvanın artıq reallıqları qəbul etdiyini söyləmişdi. Suriyanda müxalifət liderləri də bildirirdilər ki, Moskva sadəcə olaraq Assada dəstəyi çəkməyin yollarını axtarır.

Rusiya 20 aydan çoxdur davam edən Suriya böhranında indiki prezident Bashar al-Assad-ın rejimini müdafiə edir və bir neçə dəfə BMT təhlükəsizlik Şurasında bu rejimə qarşı qərarların qəbuluna imkan verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG