Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

İnsan alveri… [Video]


«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova, Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov və Uşaq Hüquqları üzrə QHT Alyansının sədri Nazir Quliyev BMT-nin 2012-ci il üçün Qlobal İnsan Alveri hesabatı haqda fikirlərini bölüşürlər


-
Mehriban Zeynalova:

«İnsan alveri qurbanları cinayət qurbanlarıdırlar və bu məsələdə onların heç bir günahı yoxdur. Hazırda kifayət qədər reabilitasiya proqramları var. Bu proqramları həyata keçirə bilən kadr potensialı var. Hələ ki, müəyyən məqamlarda - ola bilsin ki, sahibkarların insan alveri qurbanlarını işə götürməsi, stimullaşdırılması, onların peşə təhsili funksiyalaşdırılmasının yaxşılaşdırılmasında problemlər var. Bu sahədə cüzi boşluqlar, çatışmazlıqlar var. Amma cəmiyyətdə müxtəlif yanaşmalar mövcuddur. Əvvəlki illərə nisbətən təbii ki, cəmiyyət insan alveri qurbanlarını qəbul edir. 5 il bundan əvvəl onların özünü günahlandırmaq, həbs etmək söhbəti gedirdisə, bu gün məsələyə münasibət dəyişib. Amma hələ də müəyyən stereotiplər, yanaşmalar var ki, onlarla ailə qurmaq istəmirlər. Amma bu gün bu stereotiplər də dağılmaq üzrədir. Artıq həmin insanlarla ailə quranlar da var. Sadəcə olaraq, həmin insanlar öz həyatlarını bərk-bərk gizlədirlər. Ailə quran şəxs heç vaxt özünün insan alveri qurbanı olduğunu deməyə cürət etmir. Çünki hələ cəmiyyət buna hazır deyil».

Nazir Quliyev :

«Biz indiyə qədər təcrübədə Azərbaycanda insan alverinin qurbanı olan uşaqla rastlaşmamışıq. Biz cinsi və zorakılığa məcbur edilən, məcburi əməyə cəlb edilən uşaqlarla işləyirik. Bizim belə bir mərkəzimiz var. Biz bunu yaradan səbəbləri araşdırmalıyıq. Çox təəssüf ki, bu gün məcburi əməyə cəlb olunan, fiziki və cinsi zorakılığa məruz qalan uşaqların bir çoxu yenidən o valideynlərin yanında qalmaq məcburiyyətində qalır. Çünki qayğı mərkəzləri yoxdur. Bununla bağlı hansısa bir mexanizm də yoxdur. Hətta cinsi zorakılığa məruz qalan uşaq onu edən əminin, dayının, xalanın yanında qalmaq məcburiyyətində qalır. Əslində bu, bir çox uşaqları qorxudur. Onlar nə hüquq-mühafizə orqanlarına, nə də təşkilatlara müraciət edirlər. Yəni, fakt təsdiqini tapana, həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna qədər bu uşaq həmin insanın yanında qalmaq məcburiyyətində qalacaq. Alternativ xidmət mərkəzləri olmalıdır ki, uşaq müraciət edən kimi dərhal həmin ailədən götürülməlidir».

Yusif Bəkirov:

«Valideyn zorakılığına məruz qalmış uşağı valideyndən alandan və internata verəndən sonra həmin uşaq internatda böyüyüb ya cinayətkar olacaq, ya da fahişə. Ondansa elə həmin uşaq valideyn zorakılığına məruz qalsa da, həmin evdə qalsın».
XS
SM
MD
LG