Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:30

Məhkəmə Zaur Qurbanlının işə bərpası ilə bağlı qərar çıxarıb


Dekabrın 14-də Səbail rayon Məhkəməsi «Nida!» Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının keçmiş iş yerinə qarşı iddiasını təmin edib. Bu barədə AzadlıqRadiosuna Zaur Qurbanlı özü məlumat verib.

«Səbail məhkəməsi mənim işdən çıxarılmağım barədə verilən əmrin ləğv edilməsi, işə bərpam və oktyabrdan qalan maaşımın ödənilməsi ilə bağlı qərar çıxardı. İndi qarşı tərəfin 1 ay ərzində məhkəmənin qərarından şikayət etmək hüququ var».

Gənc fəal həbs ediləndən sonra işlədiyi şirkət onu işdən çıxarıb.

Həbsdən çıxandan sonra o, məhkəməyə müraciət etmişdi.

«NİDA» üzvü Zaur Qurbanlını sentyabrın 29-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

Bir gün sonra Abşeron Rayon Məhkəməsi barəsində 15 günlük inzibati həbs qərarı çıxarıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda o, polis əməkdaşlarına müqavimətdə ittiham olunurdu.

«NİDA» Vətəndaş Hərəkatı isə Zaur Qurbanlının həbsinin onun siyasi fəaliyyət ilə bağlı olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG