Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:08

Uşaq bağçasında kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb


Arxiv foto:

Arxiv foto:

-
138 saylı bağçanın müdiri Seyranə Səxavətova uşaqların qidadan zəhərlənməsini təkzib edir. Bağça müdiri AzadlıqRadiosuna müsahibəsində uşaqlarla bağlı problemi soyuqdəymə ilə əlaqələndirib:

«Bu, zəhərlənmə deyil, soyuqdəymə ilə bağlı olub. Uşaqlarda mədə-bağırsaq pozuntusu olub . Ərzağı «Zirvə» MMC-dən alırıq və keyfiyyətində də hər hansı problemi yoxdur. Yeməyi isə özümüz hazırlayırıq».

Xəstəxanadan isə uşaqların yeməkdən zəhərləndiyi bildirilib. Dekabrın 14-ü səhər saatlarında bütün uşaqlar evə buraxılıb.

XƏSTƏXANAYA 13 UŞAQ GƏTİRİLİB

Dekabrın 13-də Binəqədi rayonu 138 saylı uşaq bağçasında baş vermiş kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb. İş Binəqədi rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən «İstehlakçıları aldatma və ya pis kefiyyətli məhsul istehsal etmə və satma» maddəsilə ilə aparılır.

Binəqədi rayonu 138 saylı uşaq bağçasında kütləvi zəhərlənmə nəticəsində 11 uşaq xəstəxanaya yerləşdirilib. Onların artıq evə buraxıldığı bildirilir.

Götürülmüş nümunələr Səhiyyə Nazirliyinin ekspertizasına göndərilib və nəticələr dekabrın 17-si məlum olacaq. Bu barədə AzadlıqRadiosuna 2 saylı Uşaq Xəstəxanasında baş həkimin müavini Eldar Rəhimov deyib:

«Dekabrın 13-ü saat 19:30 radələrində xəstəxanaya 13 uşaq gətirilib. Onlardan 11-nin vəziyyəti kafi olduğu üçün xəstəxanaya qəbul olunub. Uşaqların hamısı bu gün artıq evə buraxılıb. Uşaqlar bildiriblər ki, onlar günorta bağçada sup içiblər, supdan başqa heç nə qəbul etməyiblər. Ona görə də ehtimal olunur ki, uşaqlar elə supdan zəhərləniblər».

Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin məlumatına görə, 2012-ci ilin əvvəlindən dekabr ayına qədər Azərbaycanda 1132 zəhərlənmə hadisəsi baş verib. Bunun nəticəsində 1376 nəfər zəhərlənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG